Avropa İttifaqının Brüssel sammiti qlobal iqtisadi böhran və digər
siyasi məsələlərin müzakirəsi ilə işini başa çatdırıb. Liderlər maliyyə
böhranının həlli məqsədi ilə təcili şəkildə təzminatlarla bağlı
qərarların qəbuluna çağırıb. Böyük Səkkizlər noyabr ayında Nyu-Yorkda
sammit təşkil etməli, gələcək problemlərə yol verilməməsi yolarını
müəyyən etməyə çalışacaq. Fransa prezidenti Nikola Sarkozi Avropa
İttifaqının Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq
maliyyə təsisatalarının yenidən təşkilini dəstəklədiyini deyib.
Britaniyanın baş naziri Gordon Braun Böyük Səkkizlərin sammitinin BMT
və Bretton Woods konfransı kimi beynəlxalq və maliyyə təsisatlarının
təşkilinə çağırıb. Almaniya kansleri Angela Merkel bildirib ki, hazırki
durum kimi vəziyyətlərə yol verilməməsi üçün islahatlara ehtiyac
durulur. Avropa İttifaqının liderləri istixanə qazlarının 2020-ci
ilədək 20 faiz azaldılması ilə bağlı razılıq əldə ediblər.