Accessibility links

Əfqanıstanın cənubunda zorakılıqlar davam edir


Motosikletlə olan 2 silahlı bu gün Əfqanıstanın cənubundakı vilayətdə ali rəsmini qətlə yetirib. Bu ərazidə Taliban hücumları və zorakılıqlarının artdığı hiss olunur. Qəndəhar vilayətinin Əmək və İctimai Məsələlər üzrə Departamentinin rəhbəri Dost Məhəmməd Arqestani və onun cangüdəni odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Prezidentin mətbuat katibi hadisəyə cavab olaraq bildirib ki, əfqan hökuməti ictimai xadimləri qorumaq üçün ciddi iş aparır. Günün əvvəlində Əfqanıstan rəsmiləri deyib ki, Qəndəhar vilayətində kiçik avtobusun partlaması nəticəsində 9 nəfər həlak olub. Polis deyir ki, bomba hücumu NATO qoşunlarına qarşı həyata keçirilib. Ölənlər arasında 2 uşaq da var. Bu gün habelə bomba partlayışları zamanı 3 NATO əsgəri həlak olub.

XS
SM
MD
LG