Tehran hökümətinin “əlavə dəyər vergisinin tətbiq edilməsi” haqda yeni
qanunun icrasına başlamasına etiraz əlaməti olaraq İran bazarları tətilə
başlayıb. “İlna”, “Fars” Xəbər Agnetlikləri
və “Azad Təbriz” xəbər səhifəsi və başqa mənbələrin məlumatına görə, Mahmud
Əhmədinəjad hökümətinin bu siyasəstinə Təbriz, Tehran, İsfahan, Şiraz, Məşhəd
kimi böyük şəhərlərin bazarları alış-verişi dayandırmaqla cavab veriblər.
Tətilə rəhbərlik edənlərin isə xalçaçılar olduğu bildirilir. İran
iqtisadiyatında çox böyük əhəmiyyətə sahib olan Təbrizin Xalça bazarı dünəndən
etibarən öz fəaliyyətini dayandırıb.
Bu gün İran Prezidenti
Əhmədinəjad iş adamlarının etirazlarını nəzərə alaraq ölkənin İqtisadiyyat
Nazirliyinə məktub göndərmiş və “Əlavə dəyər vergisinin tətbiqi” qanununun
icrasının dondurulmasını əmr etmişdir. Bunu yetərli saymayan iş adamları
tətilləri davam etdirərək, ümumiyyətlə qanunun ləğvini tələb edirlər.