Accessibility links

V.Yuşenko parlamentin razılaşmasını istəyir


Ukrayna prezidenti parlamentə koalisiya hökuməti təşkil etməsi üçün daha artıq vaxt verdiyini bildirib. Prezident Viktor Yuşenko bu gün parlament liderləri ilə görüşüb. Qrup hökumətin təşkili barədə razılığa gələ bilməyəndən sonra cənab Yuşenko partiya liderlərinə deyib ki, fikir ayrılıqlarını həll etmək üçün onlara daha artıq vaxt verir. Ancaq prezident nə qədər vaxt verdiyini bildirməyib və deyib ki, əgər parlament çıxılmaz vəziyyəti həll edə bilməsə yeni seçkilər keçirilməsinə çağıracaq. Cənab Yuşenkonun baş nazir Yuliya Timoşenko ilə təşkil etdiyi hakim koalisiya keçən ay dağılmışdı. Səbəb Rusiyanın Gürcüstana müdaxiləsinə cavab verilməsi ətrafında yaranan fikir ayrılıqları idi.

XS
SM
MD
LG