Accessibility links

İranda azərbaycanlı məhbuslar aclıq aksiyası keçirir


Urmiya şəhərinin mərkəzi zindanında saxlanılan 5 Ələvi məhbus - Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi, İbadulla Qasımzadə, Yunus Ağayan və Mehdi Qasımzadə zindandakı dözülməz saxlanma şəraitinə, məhbuslara və ailələrinə təzyiq və təhqirlərə qarşı etiraz əlaməti olaraq aclıq aksiyası keçirirlər. Bu məlumatı “Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi” yayıb. Məlumata görə, 20 gün öncədən başlayan aclıq aksiyası iştirakçılarının durumu olduqca ağırdır.
Tehran höküməti isə aclıq edən məhbuslardan 3 nəfəri - Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi və İbadulla Qasımzadə haqqında 13 il müddatinə İranın mərkəzində yerləşən və dözülməz şəraitinə görə ad çıxaran Yəzd həbsxanasına sürgün qərarı çıxarıb. Bu qərar bir gün öncə yazılı olaraq məhbusların özünə elan edilib.

“Öyrənci” veb sehifəsinin və Azərbaycan Ələvilərinə aid “Qırxlar” blogunun bildirdiyinə görə, 3 il öncə dini inanclarının təhqir olunmasına etiraz edən Miyandab və yaxud Qoşaçay şəhərinin Üçtəpə kəndinin sakinləri ilə İranın Əmniyyət qüvvələri arasında silahlı toqquşmalar baş vermiş, nəticədə 3 kənd sakini, 3 təhlükəsizlik qüvvəsi həlak olmuş, onlarla insan yaralanmış, bir grup kənd sakini, o cümlədən hazırda aclıq edən 5 məhbus həbs edilmişdir. İran İslam İnqilabı Məhkəməsi əvvəlcə onların haqqında ölüm hökmü çıxarsa da, bir müddət sonra 3 məhbusa qarşı edam qərarı ləğv edilib.
Qeyd edək ki, Azərbaycan Ələviləri əsasən Urmiya, Miyandab və Mahabad kimi bölgələrdə yaşayırlar.
XS
SM
MD
LG