Accessibility links

ATƏT Azərbaycanla bağlı hesabat yaydı


ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar İnstitutu Azərbaycanda seçkilərin təşviqat kampaniyasının sakit kecməsi, ictimaiyyətin seçkilərə marağının məhdud olması barədə ikinci aralıq hesabatını açıqlayıb. Hesabat müəllifləri seçkiqabağı sakitliyi seçkilərdə yarış ovqatının olmaması ilə izah ediblər. Telekanallarda efir vaxtının çox hissəsinin hakimiyyətə ayrılması və bu vəziyyətin İctimai Televiziyada da müşahidə olunması barədə fikirlər hesabatda öz əksini tapıb. Bu hesabat sentyabrın 18-30 aralığındakı müddəti əhatə edib.

XS
SM
MD
LG