Accessibility links

Kondoliza Rays Qazaxıstandadır


ABŞ dövlət katibi Kondoliza Rays təhlükəsizlik və enerji əməkdaşlığı haqda danışıqlar aparmaq üçün Qazaxıstana rəsmi səfərə gedib. O, prezident Nursultan Nazarbayev və başqa hökumət rəsmiləri ilə görüşür. Onun habelə təhlükəsiz siyasi və iqtisadi islahatlar məsələsini müzakirə edəcəyi gözlənilir. Xanım Rays bu gün deyib ki, ABŞ-ın Qazaxıstanla yaxın əlaqələr qurmaq cəhdləri Rusiyanın Mərkəzi Asiyada təsirini dayandırmaq məqsədi daşımır. Prezident Nazarbayev Moskva ilə yaxın əlaqələr qurmaqla yanaşı, Birləşmiş Ştatların əsas korporasiyalarına da Qazaxıstanın neft və qaz sənayesində əsaslı rol oynamağa icazə verir. Dövlət katibi Rays Qazaxıstana Hindistandan yola düşüb.
XS
SM
MD
LG