“Azad Təbriz” xəbər səhifəsinin məlumatına
görə, bir qrup ziyalı İranda son
hadisələrlə bağlı birgə etiraz bəyanatı ilə çıxış edib. Yüzlərlə azərbaycanlı
fəalın imzaladığı açıq məktubda İranda
azərbaycanlı tələbələr, jurnalistlər, yazarlar və insan haqları fəallarına qarşı
təqiblər pislənilir.
“İran News” və “Azərbaycan700” veb səhifələrində yayılan məlumata görə,
“Azərbaycan700” ünvanlı birgə bəyanatın
müəllifləri, sentyabrın 10-da həbs olunan
9 qələm sahibi, eləcə də təqribən son
üç aydır qeyri-müəyyən şəraitdə saxlanılan 8 azərbaycanlı tələbənin
azadlığa buraxılmasını tələb edirlər.
Bundan başqa, bəyanatda İranın təhlükəsizlik orqanlarının nəzarətində olan təcridxanalar və həbsxanalarda həyata keçirilən dindirmələr zamanı azərbaycanlı fəalların ağır psixoloji və fiziki işgəncələrə məruz qalması qeyd edilir. Burada Təbriz Ettelaatının təcridxanasında saxlandığı zaman azərbaycanlı hüquqşünas Həmid Valainin vəhşicəsinə döyüldüyü, bir ayağının və bir neçə dişinin sındırıldığı vurğulanır.
700 sözdən ibarət olduğuna görə “Azərbaycan 700” Bəyanatı adlandırılan sənədin müəllifləri həmçinin, Nadir Məhd Qarabağ, Səməd Paşai, Nahid Babazadə, Əmin İmami və başqa bir neçə azərbaycanlı tələbənin siyasi fəaliyyətlərinə görə təhsil almaq kimi fundamental hüquqlarından məhrum edilməsinə kəskin etirazlarını bildirirlər.
Sənəddə “2006-cı il Xurdad-May Qiyamı”nın ildönümü, “Ana Dili Günü”, “Məşrutə İnqilabı”, “Babəkin Doğum Günü” və buna bənzər mərasimlərin keçirilməsinə maneəçilik törədilməsi və ümumiyyətlə İran Azərbaycanında dəhşətli polis rejiminin yaradılmasının yolverilməz olduğu da söylənilir. İran Azərbaycanında qəzetlərin və öyrənci-tələbə jurnallarının qapadılması, ictimai-mədəni birliklər və cəmiyyətlərin fəaliyyətinin yasaqlanması və müstəqil internet səhifələrinin yayımının “filter” edilərək əngəllənməsindən narahatlıq ifadə olunur.
Ən sonda, Azərbaycan ziyalıları və fəalları, ölkədəki mövcud problemin zorakılıqla həllinin mümkünsüzlüyünü açıqlayaraq, Azərbaycan xalqına qarşı ayrı-seçkilik siyasətinin və öz milli hüquqları uğrunda dinc mübarizə aparan azərbaycanlılara qarşı həyata keçirilən zorakılıqların dayandırılmasını tələb edirlər.

Bəyanata imza atanların fikrincə, 2006-cı ildə Azərbaycan şəhərlərində keçirilən kütləvi etirazlar milli-mədəni tələblərin yalnız bir neçə qrup və ya cəmiyyətin deyil, bütövlükdə Azərbaycan millətinin əsas istəyi olduğunu sübüt edib.