Ukraynanın
şərqində
kömür şaxtasında
metan qazının partlaması nəticəsində 6 nəfər həlak olub. Fövqəladə Hallar
Nazirliyinin rəsmiləri deyir ki, hadisə bu gün səhər Luhansk regionunun Duvanna
şaxtasında baş verib. Onların bildirdiyinə görə, 500 metr dərinlikdə olan
şaxtadakı partlayış nəticəsində yanğın
baş verməyib. Xilasetmə dəstələri qalan bütün 113 şaxtaçını evakuasiya etməyə müvəffəq olub. Ukrayna
şaxtaları ölüm halları ilə nəticələnən hadisələrə görə tanınır.