Accessibility links

Bağdadda məsçidə hücumlar


İraq polisi bildirir ki, Bağdaddakı iki şiə məscidində baş verən hücumlar azı 19 nəfərin ölümünə, 30 nəfərin isə yaralanmasına səbəb olub. Hücumlar dindarların Ramazan bayramını qeyd etdiyi vaxta təsadüf edir. Rəsmilər hücumlardan birinin maşına yerləşdirilmiş bomba hücumu olduğunu və Zəfəraniyyə məscidində həyata keçirildiyini, digərinin isə Bağdadın digər məhəlləsində, intiharçı hücumu olduğunu bildirmişlər. Diyala vilayətində isə avtobusa edlən hücum nəticəsində azı 4 nəfər qətlə yetirilib. Birləşmiş Ştatların İraqdakı koalisiya qüvvələrinin Mosul və Bağdadda keçirdikləri əməliyyatlat zamanı terrorçu olmaqda şübhəli bilinən 6 nəfəri həbs etdiklərini bildirmişlər.

XS
SM
MD
LG