Accessibility links

Prezident Buş maliyyə planını müdafiə edir


ABŞ Prezidenti Corc Buş Amerika vətəndaşlarını arxayın etməyə çalışıb ki, maliyyə sektorunun xilasına yönəlmiş paket planı onların marqlarına xidmət edir. Həftəlik radio müraciətində cənab Buş bilridib ki, “Uol Stritin səhvlərinə görə onların pul ödəməsini” xahiş etmək düzgün deyil. Lakin o, əlavə edib ki, maliyyə sektorunun iflası əksər Amerikalılar üçün çətinliklərlə müşaiyət olunacaq. Rəy sorğuları göstərir ki, Amerikalıların çoxu hökumətin maliyyə firmalarından pis investisiyaları alması planına qarşı çıxır. Təklif habelə Konqresdə etirazla qarşılanır. Hərçənd ki, Senatdakı Demokratlar və Respublikaçılar ölçünün ümumi prinsipləri ilə razılaşır, Nümayəndələr Palatasındakı Respublikaçılar xilas paketinin dəyərinə etiraz edirlər.
XS
SM
MD
LG