Accessibility links

Türkiyə kürd üsyançılarına qarşı əməliyyatların vaxtının uzadılmasını istəyir


Türkiyə hökuməti parlamentdən hərbi qüvvələrin İraq ərazisində kürd üsyançılarına qarşı əməliyyatların aparılması səlahiyyətlərinin daha bir il uzadılmasını istəyir. Türkiyə hərbi qüvvələrinin həmin əməliyyatlarla əlaqədar hazırkı səlahiyyət müddəti oktabrın 17-də başa çatır. Baş nazirin müavini Cəmil Çiçək deyib ki, gələn ayın əvvəllərində parlamentin sesiyasının başlamasından sonra hökumət İraq ərazisində əməliyyatlar üçün hərbi qüvvələrin səlahiyyət müddətinin uzadılması üçün parlamentə müraciət edəcək.


XS
SM
MD
LG