İsrail
baş naziri Ehud Olmert və Fələstin prezidenti Mahmud Abbas sülh danışıqları
barədə müzakirələr keçirmək üçün bu gün görüşməyə planlaşdırırlar. Görüş cənab
Olmertin Kadima Partiyasının yeni lideri seçməsindən bir gün əvvəl keçirilir. Qüdsdə baş tutacaq
danışıqlar iki lider arasında son görüş olacaq. Cənab Olmert deyib ki, sabah
partiyasının keçirəcəyi səsvermədən
sonra istefa verəcək. Baş nazir cinayət istintaqının başladılmasına yol
aça biləcək korrupsiya ittihamları ilə üzləşir. Cənab Olmert fələstinli həmkarı ilə keçən ilin noyabrında
ABŞ-ın sponsorluğu ilə başladılan danışıqlardan sonra bir neçə dəfə görüşüb.
Ancaq iki lider konfliktin həlledici məsələlərində razılaşa bilməyib. Buraya
Qüdsün statusu, fələstinli qaçqınlar və gələcək Fələstin dövlətinin sərhədləri
məsələsi daxildir.