Paytaxt
küçələrində baş verən atışmanın ardınca Türkmənistan polisi narkotik
qaçaqmalçılar bandasını dağıdıb. Bu gün
açıqladıqları məlumatda ölkə rəsmiləri xüsusi əməliyyat nəticəsində qrupu
neytrallaşdırdıqlarını xəbər veriblər.
Xəbər paytaxtda radikal islamçı olmalarından şübhəli bilinən adamlarla
təhlükəsizlik qüvvələri arasında baş verən atışmalardan sonra yayılıb. Məlumatlara görə, Aşqabadda azı 20 adam
qətlə yetirilib. Şahidlər və diplomatik
mənbələr atışmanın gecə başladığını və küçələrdə zirehli maşınların patrul
çəkdiyini bildirirlər.