Accessibility links

ABŞ qüvvələrinin reydləri Pakistan hökumətinin təsdiqi olmadan həyata keçirilir


New York Times qəzetinin yazdığına görə, ABŞ prezidenti Corc Buşun iyul ayında Amerika qüvvələrinin Pakistanda quru əməliyyatlarına dair göstərişi Pakistan hökumətinin təsdiqi olmadan həyata keçirilib. Qəzet Amerikanın yüksək səlahiyyətli bir rəsmisinə istinadən bildirilir ki, qüvvələr reydlər üçün Pakistan hökumətinin nə razılığını əldə edəcək, nə də ki, hökumətə bu haqda məlumat verəcək. Adının açılanmasını istəməyən rəsminin bildirdiyinə görə, bunun məqsədi Əl-Qaidə və Talibanın istehkamı olan Pakistan-Əfqanıstan sərhədlərində ABŞ-ın nəzarətinin saxlanmasıdır. Pakistanın ordu rəhbəri general Əşfaq Kayani Amerikanın Pakistanda həyata keçirdiyi şübhəli reydləri kəskin tənqid edərək, ölkəsinin suverenliyinin nəyin bahasına olursa-olsun müdafiə ediləcəyini deyib.

XS
SM
MD
LG