Pakistan
təhlükəsizlik qüvvələrinin rəsmiləri
bildirirlər ki, ölkənin şimal qərb
bölgəsindəki Taliban istehkamına Birləşmiş Ştatlar tərəfindən raket hücumu
nəticəsində 14 nəfər ölmüş, azı 15 nəfər isə yaralanmışdır. Birləşmiş Ştatlar
bu xəbəri təsdiq etməyib. Hücum Pakistan
tayfalarının yaşadıqları Şimali Vəziristanın Mirfan Şah şəhərində həyata
keçirilib. Amerika kəşfiyyat xidmətinin rəsmiləri bildirirlər ki, Pakistan yaraqlıları Əl-Qaidənin üzvlərilə birlikdə bu məntəqədən Əfqanıstandakı Birləşmiş Ştatlar və onun
müttəfiqlərinə qarşı hücumlar təşkil edirlər.
Yeni seçilmiş Pakistan prezidenti Asif Əli Zərdari deyib ki, yaraqlılara
qarşı mübarizə aparmaq üçün Birləşmiş Ştatlarla əməkdaşlıq edəcək.