Accessibility links

ABŞ Rusiya ilə nüvə əməkdaşlığından imtina etdi


ABŞ prezidenti Corc Buş Rusiya ilə atom enerjisi sahəsində əməkdaşlıqla bağlı müqavilənin təstiqini Konqresdən istəmək barədə qərarını dəyişib. Ağ Evin məlumatına görə, Amerika prezidenti bu qərarı Moskvanın qonşusu demokratık Gürcüstanla bağlı siyasətinə görə qəbul edib. Müqavilə bu ilin may ayında təsdiqlənmək üçün prezident tərəfindən Konqresə göndərilmişdi.
Dövlət Departamentinin sözçüsü Şon Makkormak isə sentyabrın 8-də keçirdiyi brifinqdə bildirib ki, Rusiya hakimiyyəti müqavilənin Konqresdən geri çağırılması haqda ötən həftə məlumatlandırılıb. Bununla yanaşı cənab Makkormak Moskvanın cavabı barədə məlumat verməkdən imtina edib: «Mən onların yerinə danışa bilmərəm. Biz təəssüf edirik ki, belə bir addım atmalı olmuşuq». Məlumatı Dövlət Departamenti yayıb.

XS
SM
MD
LG