Demokrat
partiyasından prezidentliyə namizəd Barak Obama və onun respublikaçı rəqibi Con
Makkeyn ABŞ siyasətinə dəyişiklik gətirməyə hazır olduqlarını bildiriblər. ABC telekanalına müsahibə verən
Barak Obama deyib ki, o, demokratlar arasında bir o qədər də populyar olmayan
sahələrdə başlıca dəyişiklər etməyə hazırdır. Buraya səhiyyə qiymətlərinin
azaldılması və ordunun sayının çoxaldılması kimi məsələlər daxildir. CBS
telekanalının “Mətbuatla görüş” proqramına müsahibə verən cənab Makkeyn isə
özünü Respublikaçılar partiyası daxilində dəyişiklik qüvvəsi kimi təqdim edib.
Prezidentliyə respublikaçı namizəd deyib ki, dövlət başçısı seçiləcəyi təqdirdə
hökumətə etibarı bərpa etmək üçün administrasiyaya demokratları da daxil
edəcək.