Accessibility links

ABŞ Rusiyanın özünü təcrid etdiyini bildirir


ABŞ Dövlət Katibi Kondoliza Rays deyir ki, Rusiya Gürcüstanda atəşkəs razılığına əməl etməməklə öz təcridini dərinləşdirir. Rays bu gün Lissabonda müxbirlərə deyib ki, Rusiya mütləq keçmiş Sovet respublikasına rəğmən davranışını dəyişməlidir. ABŞ dəfələrlə Rusiyanı Gürcüstanın separatçı regionları Cənubi Osetiya və Abxaziya ətrafında bufer zonası yaratdığına görə tənqid edib. Moskva əsgərlərinin sülhməramlı missiya yerinə yetirdikləırini deyir. Ukrayanda olan ABŞ vitse prezidenti Dik Çeyni bildirib ki, Rusiyanın əməlləri onun məramları və beynəlxalq tərəfdaş kimi rolunu sual altına qoyur. Cənab Çeyni Ukraynada ikən bu ölkənin NATO-ya daxil olmaq səylərini dəstəkləyib.

XS
SM
MD
LG