Accessibility links

İraqın təhlükəsizlik qüvvələri ABŞ ordusu tərəfindən qətlə yetirilib


İraq rəsmiləri Birləşmiş Ştatlar hərbçilərinin bu gün etdiyi hücum nəticəsində İraqın 6 təhlükəsizlik işçisini qətlə yetirdiyini bildirirlər. ABŞ bunun səhvən baş verdiyini deyib. Rəsmilər hadisənin Bağdadın şimalındakı Tarmiyah şəhərində baş verdiyini və atışmada İraq polisi və hərbi qüvvələrinin iştirak etdiklərini deyirlər. Birləşmiş Ştatlar rəsmiləri bəyanatda hadisədən təssüfləndiklərini bildirmişlər.

ABŞ rəsmilərinin digər xəbərində deyilir ki, Əl-Qaidə yaraqlıları bu gün koalisiya qüvvələri tərəfindən hücuma məruz qalmış və nəticədə bir yaraqlı öldürülmüş, 8 nəfər isə həbs edilmişdir.

XS
SM
MD
LG