ABŞ-ın NATO-dakı səfiri Kört Volkerin bildirdiyinə görə, Rusiyanın ötən ay Gürcüstana müdaxiləsindən sonra alyans Estoniya, Latviya və Litva kimi üzvlərini müdafiə etməlidir. Bu gün “Financial Times”a müsahibəsi zamanı səfir Volker bildirib ki, NATO Baltikyanı ölkələrin hərbi baxımdan müdafiəsinə işarələr verməlidir. O, bu ölkələrin Rusiyanın Gürcüstana müdaxiləsindən sonra özlərini təhlükədə hiss etdiklərini deyib. Volker bildirib ki, 26 üzvlü alyans, onun sözləri ilə deyilsə, yalnız siyasi deyil, hərbi məsələlərdə də öhdəliyinə sadiq qalmalıdır.