Accessibility links

Qustav qasırğası gücünü artırır


ABŞ metereoloqları deyir ki, Qustav qasırğası güclü fırtınaya çevrilib və Kubanın qərbini təsirinə məruz qoymamışdan öncə daha da güclülə bilər. Son məlumata görə, Qustavın sürəti 195 kilometr saat-a qalxıb, bu isə qasırğa cədvəlinə görə, 3-cü kateqoriya deməkdir. Qustav bu gün daha da güclənə və Kubanın bəzi qərb ərazilərində yarım metrlik yağışlara səbəb ola bilər. ABŞ Milli Qasırğa Mərkəzindən bildirirlər ki, Qustav sabah Meksika körfəzinin cənubuna bazar ertəsi isə mərkəzə hərəkət edəcək. Qasırğa ABŞ-ın körfəz sahillərinin isti sularından daha çox güc yığa bilər. Metereoloqlar Qustavın ABŞ-ın cənubunda Floridadan tutmuş Texasa kimi istənilən ərazini cənginə ala biləcəyini istisna etmirlər.

XS
SM
MD
LG