Accessibility links

Əfqanıstanda yardım işçisi qətlə yetirilib


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, polis dünən Nanqarhar vilayətində oğurlanmış yapon yardım işçisinin cəsədini tapıb. Rəsmilər deyir ki, Kazuya İto odlu silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. 31 yaşlı İto qeyri-hökumət qrupu olan “Peşavar-Kay”-da işləyirdi. Qrup Əfqanıstan və Pakistanda tibbi əməliyyatlar həyata keçirir. Bununla yanaşı, Əfqan rəsmilərin sözlərinə görə, bazar ertəsi keçirilən əməliyyatlar zamanı 30-dan çox Taliban yaraqlısı öldürülüb. Əfqan və koalisiya qüvvələri Helmənd vilayətində 18 Taliban yaraqlısını zərərsizləşdiriblər. Bundan başqa Helmənddə hava hücumu nəticəsində daha 12 yaraqlı öldürülüb.

XS
SM
MD
LG