BMT-nin
bildirdiyinə görə Əfqanıstandakı
koalisiya qüvvələrinin hava hücumu nəticəsində çoxu uşaq olmaqla 90 mülki vətəndaşın həlak olduğu barədə inandırıcı dəlillər əldə edib. BMT-nin Əfqanıstan üzrə nümayəndəsi Kai Eide
yazılı bəyanatında qeyd edib ki, BMT-nin Əfqanıstandakı yardım heyəti
şahidlərdən və digər mənbələrdən əldə etdiyi məlumata əsasən belə bir qərara
gəlib.
Prezident Həmid Karzay keçən cümə günü Herat vilayətinə edilən hava hücumu
nəticəsində mülki vətəndaşların həlak olmasını pisləyib.
Birləşmiş Ştatların Müdafiə Nazirliyi bildirib ki, Taliban yaraqlılarının hədəflərinə edilən hücum nəıticısində 25 yaraqlı və 5 mülki vətəndaş həlak olub.