ABŞ Demokrat Partiyasının
Milli Qurultayı bu gün Koloradonun Denver şəhərində işinə başlayacaq.
Tarixdə ilk dəfə olaraq Afrika mənşli amerikalının ABŞ prezidentliyinə
nominasiyasının qəbul ediləcəyi gözlənilir. Lakin qurultaya toplaşmış minlərlə demokrat üçün başlıca sınaq namizəd Barak Obama ilə onun sabiq rəqibi və praymeridə 18 milyon səs toplamış Hillari
Klintonun tərəfdarları arasında cərəyan edən mövqe fərqləridir.
Prezidentliyə namizədin həyat yoldaşı Mişel bu axşam əsas nitqində Barak Obamanı rəsmən xalqa təqdim edəcək. Nümayəndələr həmçinin hazırda ağır xəstə olan Demokrat senator Ted Kennedini yad edəcəklər. Xanım Klinton sabah qurultayda çıxış edəcək