"Gürcüstandakı hadisələr Azərbaycan üçün də presedent dogura bilər".
Bunu "Amerikanın Səsi" radiosuna müsahibəsində Ceymstaun fondunun prezidenti
Qlen Hovard bildirib.
O deyib ki, Qərb Rusiyanın qarşısını kəsməsə, Moskva hərbi həmlələrini
başqa bölgələrdə də davam etdirə bilər.
Çünki Rusiyanın Gürcüstanı işğalı keçmiş Sovet İttifaqında, xüsusilə də
Qafqazda güc balansını dəyişir.
"Bu, presedent yarada bilər. Rusiya Azərbaycana, Baltikyanı ölkələrə,
xüsusilə də Ukraynaya müdaxilə edə bilər".
Bu günlərdə Gürcüstandan
qayıtmış Cənab Hovard deyib ki,
hazırkı şəraitdə Qərb müttəfiqlərinin, Amerika Birləşmiş Ştatları da daxil
olmaqla, edə biləcəkləri çox iş var.
Onun firkincə, ilk növbədə Gürcüstanla Ukraynanın NATO-ya
inteqrasiyasına yardım etmək lazımdr.
Ekspertə görə, NATO görüşündə Gürcüstan-NATO Komissiyasının yaradılması
təklifi bir tərəfdən Rusiya üçün bir siqnaldır ki, NATO vəziyyəti ehtiyatla
izləyir və Gürcüstanla birgə işləyir. Amma digər tərəfdən bu, Rusiyanı birbaşa
hərbi güclə hədələməyən bir addımdır. Yəni NATO bu münaqişənin həllinə döyüş
baxımından yox, diplomatik baxımdan qoşulub.
"Hərçənd, - deyir cənab Hovard.
– Rusiya Gürcüstanı məhz NATO və Qərbə yaxınlaşmaq siyasətinə görə
cəzalandırıb".
"Rusiyanın əsas məqsədi Gürcüstanı cəzalandirmaq idi. Buna şübhə
yoxdur. Rusiya başqalarını da bu tərzdə cəzalandırmaq istəyir". Ekspert
diqqəti ona yönəldib ki, indi Gürcüstanın demokrastiyası da təhlükə altındadır.
Amma onun fikrincə, Rus qoşunları ölkənin infrastrukturunu və dəmiryolu
daşımalarının fəaliyyətini pozmaqla indi yalnız Gürcüstanı deyil, həm də
Azərbaycanı hədələyir.