Accessibility links

Azərbaycan “Qafqaz evi”nə qoşulmağa razılıq verdi


Azərbaycan Türkiyə rəhbərliyinin irəli sürdüyü və regional əməkdaşlığa nail olmağı hədəfləyən “Qafqaz Evi” adlanan təşəbbüsü müsbət qarşılayıb.

Bakının bu mövqeyini ölkə prezidenti İlham Əliyev avqustun 20-də Bakıda yarımgünlük səfərdə olmuş Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konransında səsləndirib.

Türkiyə baş nazirinin səfərini müşayiət edən Doğan Xəbər Agentliyinin nümayəndəsi Nurəddin Atmaca “Amerikanın səsi”nə bunları deyib:

“Rəcəb Tayyib Ərdoğan Bakıya səfərinin sonunda ötən həftə Moskva və Tbilisidə apardığı danışıqların ardınca üçüncü qapıdan - Azərbaycandan da dəstək aldı. Ərdoğan Bakıdakı mətbuat konfransında xüsusi olaraq vurğuladı ki, “Qafqaz evi” formatı altında əməkdaşlıq coğrafi prinsip əsasında qurulacaq. Onun əsas hədəfləri bölgədə sülhün, sabitliyin qurulması, iqtisadi əməkdaşlığın inkişafı, enerji təhlükəsizliyi olmalıdr. Əməkdaşlıq ATƏT prinsiplərinə əsaslanacaq. Bununla belə böhranların çözülmə mexanizmlərinin də yaradılması nəzərdə tutulur. Ərdoğan məmnunluqla bildirdi ki, bu ideyaya artıq Rusiya, Gürcüstan, Azərbaycan maraq göstəriblər. Bundan öncə Ərdoğan yeni formata Erməninstanın da qoşula biləcəyinin mümkünlüyünü qeyd edib”.

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri Gürcüstandakı son hadisələr fonunda Bakı ilə Ankara arasında təcili məsləhətləşmələr keçirmək zərurəti ilə izah olunur.

Vaşinqtondakı Beynəlxalq və Stratejı Araşdırmalar mərkəzinin eksperti Bülənt Əlirza “Amerikanın səsi”nə deyib ki, Türkiyə indi regionda iqtisadi və siyasi sabitliyin bərpası üçün mühüm rol alıb.

Bunula belə, Cənab Əlirza xatırladır ki, “Qafqaz Evi” təzə ideya deyil. Amma indiki durumda, Ermənistanın Rusiyaya, Gürcüstanın isə NATO-ya meylli olduğu bir vaxtda bu ideyanın reallaşması çətin görünür.

“Burada ən vacib problem Ermənistandır. Bu ölkənin Türkiyə ilə münasibətləri yox deyil. Düzdür, bəzi müsbət siqnallar var. Amma bunun bir anlaşmaya və ya normal münasibətə çatıb-çatmayacağı bəlli deyil. Bu vəziyyətdə Ermənistan olmazsa Türkiyə Qafqaz evini necə yaradacaq?” – deyib Bülənt Əlirza.

Ekspert habelə Rusiyanın mövqeyini şübhəli sayır, belə ki, o, Ermənistanın ənənəvi dəstəkçisidir.

“Baxmayaraq ki, Moskva təklifə ilkin razılıq verib, amma bundan Rusiyanın necə davranacağı bəlli deyil” – deyə ekspert vurğulayıb. Bununla yanaşı, Bülənt Əlirza Türkiyənin Qafqazın inkişafına yönəlik səylərini vacib sayır.

XS
SM
MD
LG