Accessibility links

İran ABŞ-ın ittihamlarını rədd edib


İran Fransa, Böyük Britaniya və ABŞ-ın ittihamlarını rədd edib. İddiaya görə, ölkənin bankı qeyri-qanuni nüvə fəaliyyətlərini və terrorizmi maliyyələşdirib. İran BMT TƏhlükəsizlik Şurasına məktub göndərərək ittihamları əsassız adlandırıb. Məktubda habelə Fransa, Böyük Britaniya və Birləşmiş Ştatlar İran Bankının milyonlarla müştərisinin maliyyə əməliyyatlarına mane olmaq səylərində günahlandırılır. Bu ayın əvvəlində isə 3 ölkə Təhlükəsizlik Şurasına xəbərdarlıq etmişdi ki, İran nüvə vasitələrini genişləndirmək üçün ölkə bankının köməyindən istifadə edir. Qərb ölkələri xüsusi ilə Bank Melli və Saderat Banklarının adlarını vurğulayır. Bu banklar habelə terrorizmi maliyyələşdirməkdə günahlandırılır.
XS
SM
MD
LG