Accessibility links

Bu il 6 azərbaycanlı alim ABŞ-da təcrübə keçəcək


Amerikanın Azərbaycandakı səfirliyi Fulbrayt və "Gənc universitet müəllimləri üçün inkişaf" proqramlarında iştirak üçün müsabiqə elan edib. Hər iki proqram ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir.
ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson bildirib ki, Fulbrayt proqramı çərçivəsində bu il 6 nəfər azərbaycanlı alim ABŞ-da, 3 nəfər amerikalı alim isə Azərbaycanda təcrübə keçəcək. Müsabiqə üçün ərizələr noyabrın 14-dək qəbul olunacaq.

"Gənc universitet müəllimləri üçün inkişaf" proqramı isə Beynəlxalq Təhsil üzrə Amerika Şurası (ACCELS) tərəfindən həyata keçirilir. ACCELS-in Azərbaycan nümayəndəliyinin bu proqram üzrə koordinatoru Qalib Abbaszadə bildirib ki, müsabiqədə qalib gələcək 8 nəfərədək universitet müəllimi ABŞ universitetlərində 5 ay müddətində təcrübə keçəcək. Qalib gəlmiş müəllimlər bu ilin oktyabr-noyabr aylarında ABŞ-a yola düşəcək.

XS
SM
MD
LG