Accessibility links

İran prezidenti Mahmud Əhmədinejad Türkiyədədir


Iran prezidenti Mahmud Əhmədinejad iki günlük müzakirələr məqsədi ilə Türkiyədədir. Bu gün İstanbula çatdıqdan az sonra cənab Əhmədinejad turkiyəli həmkarı Abdulla Güllə bağlı qarılar arxasında görüş keçirib. İki prezidentin birgə mətbuat konfransı keçərəcəyi gözlənilir. İran liderinin sabah Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla görüşü planlaşdırılıb.

İranın rəsmi dövlət xəbər agentliyi İRNA-nın məlumatına görə, Türkiyə və İran liderləri regional və beynəlxalq sahədə iki ölkəni maraqlandıran məsələləri müzakirə edəcək.

Bu, Əhmədinejadın 2005-ci ilin avqust ayında prezident seçilməsindən sonra qonşu Turkiyəyə ilk səfəridir. Türkiyə rəsmiləri Əhmədinejadın İstanbula səfərinii “işgüzar” adlandırır.





XS
SM
MD
LG