Accessibility links

Kondoliza Rays rəsmi səfərlə Fransadadır


ABŞ dövlət katibi Kondoliza Rays bu gün Fransa rəsmiləri ilə görüş keçirir. Rusiya ilə qarşıdurmanın müzakirəsi məqsədi ilə sabah o, Tbilisiyə yola düşəcək. Dövlət katibinin regiona səfəri dünən prezident Buşun çağırışlarından sonra həyata keçirilir. Prezident demişdi ki, Birləşmiş Ştatlar demokratik yolla seçilmiş Gürcüstan hökumətinə dəstək verir. Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə hörmət göstərilməsini tələb edir. ABŞ dövlət başçısı Rusiyanı atəşkəsin şərtlərinə əməl etməsinə və Rusiya qüvvələrinin Gürcüstandan çıxarılmasına çağırıb.

Moskvada isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Osetiya və Abxaziya separatçılarına dəstək veriləcəyini deyərək, Gürcüstanın ərazi bütövlüyünün onun sözləri ilə “ölmüş məsələ” olduğunu bildirib.

XS
SM
MD
LG