Rusiya-Gürcüstan hərbi
qarşıdurmasının nəticələri Qarabag danışıqları üçün də əhəmiyyətlidir.
Bunu "Amerikanın səsı"
radiosuna müsahibəsində Hadson Araşdırmalar
Mərkəzinin Avrasiya proqramının
direktoru Zeyno Baran bildirib.
O deyib ki,
Gürcüstanda baş verənlər Azərbaycanın da ərazi bütövlüyü məsələsini
aktuallaşdırıb. Belə ki, ekspertin dediyinə görə, Rusiya Gürcüstanın ərazi
bütövlüyünü tanısa da, son addımları ilə, bütün beynəlxalq qanunları pozdu.
"Bunu nəticəsinin nə
olacagi Qarabag məsələsində qərar verəcək adamlar üçün çox vacib nümunə olacaq"
– deyib Zeyno Baran.
Ekspert habelə
vurgulayib ki, Gürcüstanla müharibə Rusiyanın
yeni prezidenti Dimitri Medvedev üçün "pis başlangıc" idi. Onun
fikrincə, görünür, Moskva əməliyyatlara başlayanda belə bir təpki olacagını
gözləmirdi.