Accessibility links

Şimali Koreya Amerikanın terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarılmayacaq


ABŞ dövlət katibi Kondoliza Rays Şimali Koreyanın Amerikanın terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarmağa hazır olmadığını bildirib. Bu gün Yaponiyanın xarici işlər naziri Masahiro Komura ilə görüşən xanım Rays Şimali Koreyanın bu siyahıdan çıxarılması vaxtının müəyyən olmadığnı deyib. İyun ayında isə ABŞ prezidenti Corc Buş Şimalın avqust ayının 11-də siyahıdan çıxarıla biləcəyini demişdi. Lakin bu vəd Şimali Koreyanın nüvə fəaliyyətlərini dayandırdığını sübuta yetirdikdən sonra həyata keçirlə bilərdi. ABŞ rəsmiləri Koreyanın təkliflərinin onları qane etmədiyni bildirsə də, müzakirələrin davam etdiriləcəyini deyirlər.

XS
SM
MD
LG