Əfqanıstanın Xost vilayətinin qubernatoru Arsala Camal bu gün Amerikanın Səsinə bildirib ki, vilayətin baş hakimi Şir Gül paytaxt yaxınlığında qətlə yetirilib. Taliban yaraqlılarının qətldə əli olduğu deyilir. Rəsmilər son həftələrdə militantlar tərəfindən bir neçə hakimin öldürüldüyünü deyirlər.
Əfqanıstanın Daxili İşlər Nazirlinin bildirdiyinə görə, Qəndəharın Zari mahalında polislə Taliban yaraqlıları arasında qarşıdurma baş verib. Nəticədə 8 yaraqlının öldürüldüyü, 7-nin yaralandığı bildirilir. Ölkənin qərbindəki Badgis vilayətində isə yaraqlıların NATO konvoyuna hücum etdiyi və orada da 6 militantın öldürüldüyü xəbər verilir.