Accessibility links

Pakistanlı alim bu gün Nyu-York məhkəməsinə çıxarılır


ABŞ təfərindən axtarışda olmuş Əl-Qaidə ilə əlaqəsi olan pakistanlı alim qadın bu gün Nyu-Yorkun federal məhkəməsi qarşısına çıxarılacaq. O, Birləşmiş Ştatlar əsgərlərini və Əfqanıstandakı mülki rəsmiləri öldürmək cəhdi ittihamları ilə üzləşir. Federal ittihamçı dünən axşam deyib ki, Aafia Siddiqu iyulun ortalarında Qəzni vilayətində regional hökumətin qərargahı yaxınlığında həbs edilmişdi. Rəsmilərin sözlərinə görə, o, partlayıcıların hazırlanmasına dair sənədlər aparırmış. habelə, ABŞ-ın bəzi əhəmiyyətli binalarının sxemlərinə məxsus olub. Buraya Nyu-Yorkun da bir neçə əsas binası daxildir.

XS
SM
MD
LG