Cənubi
Afrika Respublikasının prezident Thabo Mbeki deyir ki, Zimbabvedəki siyasi
böhrana son qoymaq məqsədilə keçirilən danışıqlara fasilə verilsə də,
müzakirələr bir neçə günə bərpa olunacaq. Jurnalistlərə açıqlama verən cənab
Mbekinin sözlərinə görə, Zimbabvenin hakim ZANU-PF partiyasının və müxalif
Demokratik Dəyişiklik Hərəkatının müzakirəçiləri partiya liderləri ilə
məsləhətləşmək üçün Harareyə qayıdacaqlar. Prezident Mbeki deyib ki, CAR
paytaxtı Pretoriada keçirilən danışıqlar müsbət istiqamətdə davam edir. Dünən
Milli Birlik Hökumətində müxalifət lideri Morqan Çanqirayın tutacağı mövqe
barədə məsələ dalana dirəndiyindən danışıqların dayandırıldığı bildirilib.
Demokratik Dəyişiklik Hərəkatının açıqlamasına görə, ZANU-PF nümayəndələri
Çanqiraya heç bir icraçı funksiyası olmayan 3-cü vitse-prezident vəzifəsi
təklif edib.