İlk
dəfə olaraq fələstinlilərin prezidenti Mahmud Abbas İsrail prezidenti ilə onun
Qüdsdəki iqamətgahında görüşür. Rəsmilərin sözlərinə görə,
Mahmud Abbas və Şimon Peres arasında bugünkü tarixi danışıqlar sülh prosesinin
inkişaf etdirilməsi və birgə iqtisadi layihələr üzərində mərkəzləşir.
Fələstinli lider həmkarına deyib ki, o, İsrailin hərbi reydləri davam etdirməsi
səbəbilə İordan çayının qərb sahilinin bəzi hissələrindən polis qüvvələrini
geri çağıra bilər. Qərb sahilinin bəzi hissələrində təhlükəsizlik qüvvələrini
yerləşdirməsinə baxmyaraq, Cənab Abbas deyib ki, İsrailin reydləri onun
səlahiyyətlərini və siyasi mümkünlüyünü təhlükə altına atır.