İspaniyanın
şimal hissəsindəki kurort zonasında 4 bomba partlayışı bəzi mülklərin dağılması
ilə nəticələnsə də, ölən və ya yaralananların olmadığı bildirilir. Polis deyir
ki, partlayışdan öncə Bask separatçılarının adından zəng edən bir şəxs hücum
barədə xəbərdarlıq edib. Polisin bildirdiyinə görə, 2 partlayış bu gün səhər
saatlarından kurort şəhəri olan Laredoda, digər ikisi isə Noha şəhəri
yaxınlığındakı istirahət mərkəzində baş verib. Həbslər barədə məlumat verilmir.
Silahlı Bask separatçıları qrupu ETA İspaniyanın şimalında və Fransanını
cənub-qərbində müstəqil Bask dövlətinin yaradılması üçün 40 ildir ki, silahlı kampaniya
aparır. Münaqişə nəticəsində 820-dən çox insan həlak olub.