Accessibility links

PKK əsir götürdiyi 3 alpinisti azad edib


Türkiyə Xarici İşlər Nazirliyi bildirir ki, kürd qiyamçıları bu ayın əvvəllərində girov götürdikləri 3 alman turisti azad ediblər. Xarici işlər naziri Əli Babacan Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayerə zəng edərək deyib ki, hazırda almanlar təhlükəsizdir və Türkiyə hökumətinin nəzarəti altındadırlar. PKK adı ilə tanınan Kürdistan Fəhlə Partiyasının yaraqlıları 3 alman alpinisti Ağrı vilayətinin Ararat dağında girov götürmüşdü. Alman alpinistlər 13 nəfərdən ibarət alpinist heyətinə daxildir. PKK bildirmişdi ki, Almaniya hökuməti qiyamçıları dəstəkləyənlərə qarşı həyata keçirdiyi kampaniyasını dayandırmasa, alpinistləri azad etməyəcək.

XS
SM
MD
LG