Accessibility links

Almaniya xarici işlər naziri Abxaziya liderilə görüşüb


Abxaz separatçı lider Serqey Baqaşp Gürcüstanın separatçı regionlarında artan hərbi gərginliyi azaltmaq məqsədilə təklif olunan beynəlxalq planı rədd edib. O, bu gün Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüşdən sonra təklifin qəbuledilməz olduğunu deyib. Üç mərhələləri plan tərəflərin hərbi qüvvədən istafə etməməsinin təminat altına alınması və bir neçə yüz min etnik gürcünün Abxaziyaya qayıtmasını nəzərdə tuturdu. Ştaynmayer planı dünən Gürcüstan prezidenti Mixail Saakaşvili ilə də müzakirə edib. Cənab Saakaşvili təkidlə bildirib ki, beynəlxalq ictimaiyyətin himayəsi ilə gürcü qaçqınlar Abxaziyaya qaytarılmalıdırlar. Ancaq separatçıların müttəfiqi Rusiya bu şərtin qeyri-real olduğunu bildirib.

XS
SM
MD
LG