ABŞ-ın rəhbərlik etdiyi
koalisiya qüvvələri Bağdadın cənubundakı vilayəti İraq hökumətinə təhvil
veriblər. Koalisiya qüvvələri əsasən şiələrin
məskunlaşdığı Qadisiyyə vilayətini bugünkü mərasimdə təhvil verib. Bu vilayət ABŞ-ın 2003-c ildə İraqa hərbi
müdaxiləsindən bəri hökumət nəzarətinə
verilən 18 vilayətdən onuncusudur.
Bu
arada Amerika hərbçiləri Bağdad və Mosulda 16 terror şübhəlisini həbs ediblər.