Accessibility links

İsrail Hizbullahla mübahisələrə səbəb olmuş əsirləri dəyişdirəcək


İsrail rəsmiləri bildiriblər ki, Livanın yaraqlı qrupu Hizbullahla mübahisələrə səbəb olmuş əsir dəyişdirilməsi çərşənbə axşamı günü keçiriləcək. İsrail beş livanlı döyüşçünün iki il bundan əvvəl əsir götürülmüş iki İsrail əsgərinə dəyişdiriləcəyini bildirib.

2006-cı ildə Hizbullahın sərhəddə reydi zamanı İsrail əsgərlərini ələ keçirməsi bir ay sürən müharibə ilə nəticələnmişdi. İsrail rəsmiləri iki əsgərin öldüyünü düşündüklərini bildiriblər.

Dəyişdiriləcək məhbuslar arasında 1979-cu ildə üç İsrail vətəndaşını qətlə yetirdiyinə görə bir neçə dəfə ömürlük həbs cəzası almış Samir Kantar da olacaq. İsraildə tənqidçilər deyir ki, İsrail terrorçuları ölü əsgərlərə dəyişdirməməlidir.

XS
SM
MD
LG