Accessibility links

E.Olmertə qarşı fırıldaqçılıq iddiası


İsrail polisi baş nazir Ehud Olmerti korrupsiya iddialarına dair sorğu-sual edəndən sonra bildirib ki, o, hazırda fırıldaqçılıqda şübhəli bilinir. Bu gün Ədliyyə Nazirliyi ilə birgə açıqlanan bəyanatda İsrail polisi cənab Olmertin Qüdsün meri, ticarət və sənaye naziri olan zaman xarici səfərlərə həddən artıq çox pul israf edib-etmədiyini araşdırdığını bildirir. Bəyanatda deyilir ki, o, dövlətdən bəzi səfərlər üçün ayrılan maddi vəsaitləri mənimsəməkdə şübhəli bilinir. Polisin açıqlamasına görə, pulların bir hissəsi cənab Olmertin şəxsi hesablarından birinə yatırılıb. O, 2003-cü ilə kimi 10 il Qüdsün meri olub. 2006-cı ildə baş nazir olmamışdan öncə isə cənab Olmert ticarət naziri vəzifəsində çalışıb.

XS
SM
MD
LG