Türkiyənin baş naziri Rəcəp Təyyib
Ərdoğan bu gün Bağdada gedib. Bu, onun İraqa ilk səfəridir. Cənab Ərdoğan İraqda
səfərdə olduğu müddətdə baş nazir Nuri Əl-Maliki və digər hökumət rəsmiləri ilə
görüşəcək. Qeyd edək ki, Türkiyə bu il ölkənin daxilində və İraqın şimalındakı
PKK yaraqlılarına qarşı hərbi əməliyytlarını genişləndirib. Buna görə də İraq
hökuməti Türkiyənin onun ərazilərinə müdaxiləsinə etiraz etmişdi.
Birləşmiş Ştatlar, Türkiyə, və bir
sıra digər ölkələr Kürdüstan Fəhlə Partiyası PKK-nı terrorçu qrup kimi tanıyır.