Serbiyanın baş naziri Mirko Svetkoviç parlamentə yeni proqramını təqdim
edib. O, ölkəsinin Avropa Birliyinə üzvlüyü, iqtisadi islahatlar və
Kosovonun Serbiyanın tərkib hissəsində saxlanmasının hökumətinin
üstünlük verəcəyi məsələlər olacağını deyib. Qeyd edək ki, Serbiyanın
yeni koalisya hökumətinə prezident Boris Tadiçin başçılıq etdiyi
qərbyönümlü Demokrat partiyası və Yuqoslaviyanın sabiq prezidenti
Slobodan Miloşeviçin Sosialist partiyaları daxildir. Prezident Tadiçin
koalisiyası may ayı seçkilərində parlamentdəki yerlərin əksəriyyətini
əldə etsə də, hökumətin təşkilini təmin edə bilməmişdi. Keçən ay
sosialistlərin səsverməsi nəticəsində əksəriyyət əldə edilmişdi.
Serbiyanın əvvəlki koalisiya hökumətinin dağılmasına Kosovo
albanlarının müstəqillik elan etməsindən sonra Avropa Birlyiinə
inteqrasiya səbəb olmuşdu.