Bu gün Pakistanın paytaxtı İslamabadda Qırmızı məscidin ordu tərəfindən
ələ keçirilməsinin birinci ildönümü qeyd edilib. Minlərlə islamçının
təşkil etdiyi yürüşə təhlükəsizlik qüvvələri yolları bağlamaqla mane
olmağa çalışıb. Nümayişçilər məscidin həbsdə olan lideri Əbdül Əzizin
azadlığa buraxılmasına çağırıblar. Keçən ilin iyul ayında məsciddəki
döyüşlər zamanı 100-dən artıq adam öldürülmüşdü.