Rusiya
prezidenti Dmitri Medvedyev Bakıya səfəri zamanı Azərbaycan rəhbərliyi ilə
görüşümüş və ikitərəfli əməkdaşlıq yönümündə bir sıra sənədlər
imzalamışdır. Vaxtilə tərkib hissəsi
olduğu Azərbaycanla Rusiya arasındakı münasibətlər öz xüsusiyyəti ilə
fərqlənir. Ələlxüsus Vladimir Putinin
hakimiyyətə gəlməsindən sonra Rusiyanın regionda yürütdüyü aktiv siyasət bir
sıra geostrateji məqamları daha aşkar şəkildə qabardıb. Bu iki dövlət arasındakı münasibətləri və
onların perspektivlərini müzakirə etmək üçün həftənin dəyirmi masa söhbətinə Təhlükəsizlik
Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayılı və Şərq-Qərb Araşdırmaları Mərkəzinin
rəhbəri Ərəstun Oruclunu
dəvət etmişik.