Accessibility links

Neftin qiyməti yenidən artıb


Dünya üzrə neft qiymətləri bu gün yeni rekord səviyyəyə çataraq, inflasiya və qlobal iqtisadiyyata dair narahatlıqların artmasına səbəb olub. Xam neftin qiyməti bu gün Nyu York ticarət birjasında alqı-satqı zamanı bir barrel üçün 145 dollar 85 sent olub. Təhlilçiləri neftin qiymətinin belə qalxmasını ABŞ dollarının zəifləməsi və Yaxın Şərqdə vəziyyətlə əlaqələndirirlər. Neftin qiymətinin artması öz ardınca digər məhsulların qiymətlərinin artmasına gətirib çıxarıb.

XS
SM
MD
LG