Accessibility links

Soçi şəhərində baş verən partlayışın səbəbləri araşdırılır


Rusiya rəsmiləri cənubi kurort şəhəri olan Soçidə 2 nəfərin ölümü ilə nəticələnən çoxmərtəbəli binada baş verən partlayışı araşdırırlar. Rus mediası 9 adamın partlayişda yaralandığını xəbər verir. İnterfaks xəbər agentliyi bu gün yerli təhqiqatçıya istinad edərək partlayışın naməlum partlayıcı cihazdan qaynaqlandığını bildirib. Rəsmilər partlayışın bilərəkdən törədildiyini və ya qəza olduğunu müəyyən etməyiblər. Qeyd edək ki, Soçi şəhəri 2014-cü ildə Qış Olimpiya oyunlarına ev sahibliyi edəcək.

XS
SM
MD
LG