Rusiyanın baş prokurorluğunun müstəntiqi Aleksandr Bastrıkinin
bildiridiyinə görə, Kremlin tənqidçilərindən olan jurnalist Anna
Politkovskayanı qətlə yetirən şəxs Rüstəm Mahmudov Qərbi Avropada
gizlənir. O, rəsmilərin Mahmudovun hansı ölkədə olduğunu bildiyini desə
də, həmin ölkənin adını açıqlamayıb. Lakin “Exo Moskvı” radiosunun
məlumatında bu ölkənin Belçika olduğu bildirilir. Anna Politkovskaya
2006-cı ilin oktyabr ayında Moskvadakı mənzilində güllələnmişdi.
Həftəlik “Novaya qazeta”nın müxbiri olan Politkovskaya Çeçenistandakı
mülki vətəndaşlara qarşı amansız kampaniyaya dair yazılarına görə
Kremlin qəzəbinə səbəb olmuşdu.